İranda Azərbaycan dilinə izn verildi

31-05-2016, 15:47           

Hökumət xalqın əksəriyyətinin türk və kürd olduğu bölgələrdəki məktəblərdə dərslərin türk və kürd dilində keçirilməsi haqqında əmr verib. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran prezidentinin dini və etnik azlıqlar üzrə xüsusi nümayəndəsi Əli Yunusi söyləyib. Onun sözlərinə görə, artıq bu layihə Kürdüstan bölgəsində məktəblərdə tətbiq edilib. O, əsas bazanın formalaşdırılmasından sonra bu təcrübənin ölkənin digər bölgələrində də tətbiq ediləcəyini bildirib. Qeyd edək ki, bundan öncə İran Prezidenti Həsən Ruhani ölkədə yaşayan milli azlıqların doğma dillərində təhsil almaq hüquqlarını müdafiə edib. O, İran Administrasiyasının Təhsil Nazirliyi ilə birlikdə İran Konstitusiyasının 15-ci maddəsinin reallaşdırılması məsələsini müzakirə etdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru