Ukraynada Savçenkonu Rusiya casusu adlandırdılar

3-06-2016, 21:48           

Ukrayna sahibkarı və deputat Vadim Rabinoviç Rusiyada həbsdən azad olunub ölkəsinə təhvil verilən Nadejda Savçenkonun Kremlin əmri ilə Kiyevdə yeni çevriliş etmək hazırlığında olduğunu deyib
Musavat.com-un Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Ukraynanın “112 Ukrayna” telekanalına müsahibə verən Rabinoviç Savçenkonun Ukrayna siyasətində qaçılmaz bir foktor olduğunu və Kremlin bundan istifadə biləcəyini deyib.
Rabinoviç Savçenkonun Rusiya əsirliyindən olduqca yaxşı formada gəldiyini və bunun olduqca təəccüblü olduğunu bildirib.
“Savçenko iki il quru aclıq keçirən adam üçün olduqca yaxşı formada görünür. O fiziki və psixoloji cəhətdən əla vəziyyətdədir. Bu isə belə tip əsirlikdən geri qayıdanlar üçün olduqca unikaldır”,- deyə öz şübhələrini bölüşüb.
Qeyd edək ki, Nadejda Savçenko Rusiya əsriliyindən geri qayıtdıqdan sonra da fəaliyyəti ilə Ukraynanın gündəmindən düşmür.
Məsələn, elə həbsdən azad olunan gün onu qarşılamağa gələn partiyasının lideri Yuliya Timoşenkonun əlindən gül dəstəsini almayıb.
Daha sonra keçirdiyi mətbuat konfransında jurnalistləri təhqir edib.
Savçenko deputat kimi parlamentdə də qeyri-adekvat hərəkətləri ilə yadda qalıb.
Ukraynalı qəhrəman deputat ən sonda prezident Poroşenko tərəfindən irəli sürülən məhkəmə islahatı haqqında qanun layihəsinə də qarşı çıxıb.
Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru