ABŞ Ukraynaya 220 milyon dollar ayırır –İslahatlar üçün
16-06-2016, 10:02
ABŞ Ukraynada siyasi, iqtisadi və enerji islahatlarının aparılmasına 220 milyon dollar ayıracaq.
APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın vitse-prezidenti Co Bayden və Ukrayna baş naziri Vladimir Qroysman arasında keçirilən görüşündən sonra Ağ Ev məlumat yayıb.
Məlumata əsasən, ayrılacaq vəsait gömrük və məhkəmə sisteminin islahatı, həmçinin qeyri-mərkəzləşdirmə üzrə tədbirlərin genişləndirilməsi və enerji təhlükəsizliyinin dəstəyinə yönələcək.