Sarkisyanın müavinini Belçikada döydülər

24-06-2016, 07:50           
Sarkisyanın müavinini Belçikada döydülər
Belçikada naməlum şəxslər Ermənistanın hakim Respublika partiyasının sədr müavini (sədr prezident Serj Sarkisyandır-red.), sabiq elm və təhsil naziri Armen Aşotyana hücum edərək döyüblər.

Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, bu barədə o öz facebook səhifəsində yazıb.

"Bax, indi yaza bilərəm. Belçikanın Lyoven şəhərində olduğum son gecə, mehmanxananın girişində hücuma məruz qaldım. Belçika polisi bu işi icraata götürdü”, - deyə A.Aşotyan qeyd edib.

Onun sözlərinə görə, yaxınları narahat olmasınlar deyə, bu barədə Ermənistana qayıdana qədər heç kimə məlumat verməyib.

“Xoşbəxtlikdən daha ciddi fiziki xəsarət almaqdan qurtuldum. Baxmayaraq ki, axırıncı cərrahi əməliyyatdan sonra qoltuq ağacından istifadə edir və güclə gəzirdim”, - deyə Aşotyan vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru