“Gürcü arzusu” rusiyameyilli partiyanıseçkilərdən uzaqlaşdırmağa çalışır

15-08-2016, 08:45           
“Gürcü arzusu” rusiyameyilli  partiyanıseçkilərdən uzaqlaşdırmağa çalışır
Gürcüstanın hakim partiyası "Gürcü arzusu" bu həftə rusiyameyilli Mərkəzçilər Partiyasının fəaliyyətinin dayandırılması üçün Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətindədir. "Gürcü arzusu"nun parlamentdəki fraksiyasının rəhbəri Georgi Volski bildirib ki, buna səbəb Mərkəzçilər Partiyasının ölkənin suverenliyini zərbə altına qoyan fəaliyyətdir.

Tbilisi şəhər məhkəməsi şənbə günü partiyanın seçkilərdə iştirakına qadağa qoyulması barədə iddianı rədd edib. Mərkəzçilər Partiyası 8 oktyabrda Gürcüstanda keçiriləcək parlament seçkilərində qalib gəldiyi halda ölkə vətəndaşlarına 400 lari (175 ABŞ dolları) "Rusiya pensiyaları"nın veriləcəyini, Rusiya ilə viza rejiminin ləğv olunacağını, Avrasiya İttifaqına üzvlüyü və rus hərbçilərinin ölkədə yerləşdiriləcəyini vəd edir.

Mərkəzçilər Partiyasının Gürcüstanın İctimai Televiziyasında efirə verilən reklam çarxı ciddi etirazlara səbəb olub. Kanal artıq video-çarxın yayımının dayandırılması barədə qərar qəbul edib. Ölkənin baş naziri Georgi Kivrikaşvili kanalın bu qərarını dəstəklədiyini açıqlayıb.


Qeyd edək ki, Mərkəzçilər Partiyasının sədri Vladimir Bedukadze Gürcüstan həbsxanalarında işgəncələrlə bağlı 2012-ci ildə yayılan video-çarxın müəllifidir. O, Mixail Saakaşvilinin partiyasının seçkilərdə uduzmasında əsas rollardan birini oynamışdı.

Strateq.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru