Alimlər ölümdən sonrakı həyatı sübut etdi

17-08-2016, 08:59           
Alimlər ölümdən sonrakı həyatı sübut etdi
Britaniyanın Sauthempton Universitetinin mütəxəssisləri belə qənaətə gəliblər ki, insan öləndən sonra da düşünə bilir. Axar.az xəbər verir ki, alimlər ölümdən sonrakı həyatla bağlı araşdırmalarını 2060 nəfərin üzərində aparıblar.
Alimlərin araşdırma apardıqları insanların hamısı ürək dayanması və kliniki ölüm yaşayanlar olub. Qeyd edək ki, ölümdən 90 saniyə sonra ürək dayanır, beyin fəaliyyətini tamamilə itirir və insan düşünə bilmir. Lakin üzərlərində araşdırma aparılanlardan bəziləri bildiriblər ki, kliniki ölüm baş verdikdən sonra 3 dəqiqə ərzində ətraflarında baş verənləri hiss edə biliblər. Hətta 57 yaşlı şəxs baş verənləri dəqiqliklə təsvir edib.
Mütəxəssislərin fikrincə, bu insanın danışıqları həqiqətdir, amma buna qədər həmişə onları illüziya və hallüsinasiyada ittiham edirdilər. Araşdırmada iştirak edən digər şəxslər bildiriblər ki, onlar ürəyin dayanmasından sonra belə qorxu hissini xatırlayırlar. Alimlər kliniki ölümdən sonrakı halların həmin insanların danışdıqlarından da çox müddətdə baş verə biləcəyini istisna etmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru