Rusiyanın müdafiə naziri axtarışa verildi

23-08-2016, 00:52           

Ukrayna baş prokurorluğu Rusiya müdafiə naziri Sergey Şoyqu və bir neçə rusiyalı yüksək vəzifəli şəxs barəsində axtarış elan edib.

teref.az virtualaz.org saytına istinadən xəbər verir ki, bunu Ukraynanın baş prokuroru Yuri Lutsenko “112 Ukrayna” kanalına müsahibəsində bildirib. O bildirib ki, hazırda həmin şəxslərin barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət hazırlanır.

Baş prokurorun sözlərinə görə, Şoyqu və digər 17 vəzifəli şəxs dövlət çevrilişinə, terror təşkilatı yaratmağa cəhd, müharibə təbliğatı, müharibəyə hazırlıq və digər cinayətlərdə təqsirli bilinir. Y.Lutsenko qeyd edib ki, bununla bağlı bildiriş həmin şəxslərə 10-15 avqust tarixlərində göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru