Trampa “donuz” deyən məşhur aktyor:"Özümü 11 sentyabr teraktından sonrakı kimi hiss edirəm"

14-11-2016, 09:57           

Məşhur aktyor Robert De Niro Trampın ABŞ-da keçirilən parlament seçkilərində qələbəsindən aldığı təəssüratı 2001-ci il 11 sentyabrda baş verən teraktdan sonra keçirdiyi hisslərlə müqayisə edib.

"Hollivud reportyor”a danışan De Niro "hazırda özümü 11 sentyabr teraktından sonrakı vəziyyətdə hiss edirəm”, – deyə bildirib.

Onun sözlərinə görə, hazırda ABŞ-ı daha nələrin baş verəcəyini izləmək istəyir.

"Çox, çox, həddən artıq çox adam Trampı müşahidə edəcək", – De Niro tək olmayacağına işarə edib(Axar.az).

Qeyd edək ki, De Niro Trampın ən kəskin tənqidçilərindən biridir. Səsvermə günü o, Trampı "donuz” adlandırmış və onun üzündən bir şapalaq ilişdirməkdən məmnun olacağını demişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru