Yaponiyada meymunların qəfəsinə girən iki ABŞ vətəndaşı saxlanıldı

Bu gün, 15:18           
Yaponiyada meymunların qəfəsinə girən iki ABŞ vətəndaşı saxlanıldı
Yaponiyada, Tokio yaxınlığındakı zooparkların birində məşhur "Panç" adlı makakanın saxlandığı volyerə daxil olan iki ABŞ vətəndaşı polis tərəfindən saxlanılıb.
Bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Məlumata görə, 24 yaşlı tələbə qəfəsə daxil olaraq makakaların yanına keçib. Onun yanındakı şəxs isə baş verənləri videoya çəkib.

Təxminən bir dəqiqə sonra zoopark əməkdaşı hadisəyə müdaxilə edərək qayda pozanları ərazidən uzaqlaşdırıb.

Bildirilir ki, "Panç" zooparkın ən çox sevilən heyvanlarından biridir. O, vaxtilə anası tərəfindən tərk edilməsi və bir oyuncağa bağlanması ilə sosial şəbəkələrdə məşhurlaşıb.

Sonradan "Panç" "Momo" adlı başqa bir gənc meymunla yaxınlıq qurub. Zoopark ziyarətçiləri tez-tez onların birlikdə oynadıqlarını və bir-birilərinə qulluq etdiklərini müşahidə edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru