İnsan qəddarlığının bir nümunəsi
Bu gün, 12:54

Auşvits düşərgəsi (Almanca Auschwitz) - İkinci Dünya müharibəsi zamanı Almaniya tərəfindən Polşada qurulmuş ən böyük nasist ölüm düşərgəsi idi.
1940-cı ildə yaradılmış bu düşərgədə əsasən yəhudilər, polyaklar, romanlar, siyasi məhbuslar və digər millətlərdən olan insanlar saxlanılırdı. 1942-1944-cü illərdə burada təxminən 1,1 milyon insan qaz kameralarında, aclıqla və işgəncələrlə öldürülüb.

Bu 14 yaşlı zavallı qız 18 fevral 1943-cü ildə Auşvits ölüm düşərgəsində ürəyinə fenol vurulmaqla öldürülüb.
Edamdan az əvvəl onun fotosunu əsir olan Vilhelm Brasse adlı məhbus çəkmişdi. Brasse sonralar qızın öldürülməsindən öncə döyülməsindən danışırdı - bu, fotoda dodağındakı qara ləkədən də görünür.
Şəkildə biz qorxu içində olan gənc bir qızın üzünü görürük. O, düşərgədə danışılan dili belə bilmirdi və bir neçə gün əvvəl anasını itirmişdi. O, Auşvits-Birkenau düşərgəsində öldürülən təxminən 250 000 uşaq və gəncdən biri idi.
Osman Eminov.

