Avstraliyanın ən varlı qadını ABŞ-yə 100 milyon dollar sərmayə qoyub

Bu gün, 15:08           
Avstraliyanın ən varlı qadını ABŞ-yə 100 milyon dollar sərmayə qoyub
Mədən sənayesi üzrə ixtisaslaşan "Hancock Prospecting" şirkətinin rəhbəri və Avstraliyanın ən zəngin qadını Cina Raynhart ABŞ-nin hərbi-sənaye kompleksinə aid müəssisələrinə 100 milyon dollara yaxın sərmayə yatırıb.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Xəbərə əsasən, milyarderə məxsus özəl şirkət ABŞ-nin dörd böyük müdafiə və aerokosmik korporasiyasının - RTX, "Northrop Grumman", "L3Harris Technologies" və "Lockheed Martin"in səhmlərini əldə edib. Martın 31-nə olan göstəricilərə görə, Raynhartın sözügedən şirkətlərə yönəltdiyi ümumi vəsaitin həcmi 97 milyon dollara çatıb.

Nəşrin məlumatında qeyd olunur ki, hazırda iş qadınının xalis sərvəti 43.8 milyard dollar həcmində dəyərləndirilir. O, rəhbərlik etdiyi şirkətin investisiya portfelini şaxələndirmək strategiyası vasitəsilə kapitalını artırmağa davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru