Çində “robotların üsyanı”- İlk dəfə / FOTOLAR

19-11-2016, 10:36           

Çində dünyada ilk dəfə robotun insana zərər vurması hadisəsi qeydə alınıb.

"Qafqazinfo” "İzvestiya.ru”ya istinadən xəbər verir ki, insident Quandun əyalətində keçirilən IT sərgisində baş verib. İnternet istifadəçiləri artıq hadisəni "robotların üsyanı” adlandırıblar.

Sözügedən robot zahirən "Ulduz müharibələri” filmindəki "R2-D2”yə bənzəyib. O sərgidə olan 4-12 yaşlı uşaqları təlimatlandırmalı və qonaqları əyləndirmək olub. Bunun əvəzinə "droid” yaxınlıqdakı stendi dağıdıb. Əməkdaşlardan biri onu saxlamağa çalışan zaman robot onun ayağının üzərindən keçib. Zədəsi ciddi olan şəxs xəstəxanaya yerləşdirilib.

Robotun yaradıcıları isə baş verənlərin səbəbini anlamadıqlarını bildiriblər.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru