ABŞ YPG-ni silahlandırır, Ankara gərgin durumda…

26-11-2016, 14:33           
ABŞ YPG-ni silahlandırır, Ankara gərgin durumda…
Amerika 15 gündür ki, Türkiyəyə “Fərat qalxanı” əməliyyatında dəstək vermir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin “Sözcü” qəzeti özünün etibarlı mənbəsinə istinadən yayıb. Mənbənin sözlərinə görə, hazırda ABŞ PKK-nın Suriya qolu olan YPG-yə geniş dəstək verməyə başlayıb:

“Türkiyədən başqa Suriyanın ərazi bütövlüyünü istəyən ölkə yoxdur. ABŞ bölgədə kürd dövlətini qurmaq planından əl çəkməyib. YPG-nin liderlərindən biri yaxalandıqdan sonra verdiyi ifadə də ABŞ-ın kürd dövləti qurmaq üçün onlara hər cür dəstəyi verdiyini bildirib. O, istintaqa verdiyi ifadəsinin başqa bir yerində ABŞ-ın Suriyadakı kürdlərə İraq vasitəsilə 100 TIR-lıq silah göndərdiyini etiraf edir. Vaşinqton Menbiçdəki kürdləri vurmağımızı istəmir. Hazırda Amerika ilə bərabər, Fransanın da xüsusi təyinatlıları Menbiçdə qərarlaşıblar. Menbiçə 3 min nəfər YPG döyüşçüsü gətirilib. Suriya Yaxın Şərq bataqlığıdır. Burada kimin kimlə savaşdığı müəyyən edilə bilmir. Rusiya da, ABŞ da YPG-ni vurmağımızı istəmir. Ən maraqlı məqam odur ki, Suriya hakimiyyəti də YPG-ni vurmağımıza qarşıdır. Elə bu üç ölkə də YPG-ni müdafiə edir. ABŞ YPG-ni istiqamətləndirir. Hətta kürd döyüşçülərə 5 min dollar maaş da verilir. Bizim məqsədimiz isə kürdlərin qərbə irəliləməsinin qarşısını almaqdır. Ankara hazırda ağır vəziyyətdədir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru