"500 il əvvəl bir Danimarka gəmisi oraya gəlib deyə, Qrenlandiya onlarındır?"

10-01-2026, 11:17           
"500 il əvvəl bir Danimarka gəmisi oraya gəlib deyə, Qrenlandiya onlarındır?"
“Əgər bunu etməsək, Rusiya və ya Çin Qrenlandiyanı ələ keçirəcək. Biz isə Rusiya və ya Çini qonşu olaraq istəmirik. Başa düşdünüzmü?”

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bu işi asan həll etmək istəyirəm. Amma əgər asan yolla həll etməsək, çətin yolla həll edəcəyik. Mən Danimarkanın tərəfdarıyam. Amma bilirsiniz, 500 il əvvəl onların bir gəmisi oraya gəlib çatmışdı deyə, bu, torpağın onların olması anlamına gəlmir. NATO bunu anlamalıdır. Mən NATO-nun tərəfdarıyam. NATO-nu mən xilas etdim. Əgər mən olmasaydım, indi NATO olmayacaqdı”, - Tramp əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]