Rusiya Aİ-nin sanksiyalarını ələ saldı: - Bu havada nəfəs almağı da qadağan edin

Bu gün, 00:11           
Rusiya Aİ-nin sanksiyalarını ələ saldı: - Bu havada nəfəs almağı da qadağan edin
Rusiya Federasiyasının Niderlanddakı səfirliyi Avropa İttifaqının (Aİ) Rusiyanın balıq məhsullarına qarşı planlaşdırdığı sanksiyaları ironik şəkildə tənqid edib.

Publika.az xəbər verir ki, səfirliyin məlumatına görə, Brüssel Rusiyadan idxal edilən bir sıra balıq məhsullarına qadağa tətbiq etməyi nəzərdən keçirir.

Buna cavab olaraq rus diplomatları sosial şəbəkədə “qiymət artımına hazır olun” deyə xəbərdarlıq edib və Aİ-yə istehza ilə “Rusiyadan gələn küləyin gətirdiyi havada nəfəs almağı da qadağan edin” təklifini irəli sürüblər.

Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Rusiyaya qarşı yeni sanksiya paketi çərçivəsində bir sıra balıq məhsullarının idxalına tam qadağa qoyulması təklif olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru