Britaniyada keçmiş deputat Enn Uiddikombun qətli terror aktı kimi araşdırılır

Dünən, 16:44           
Britaniyada keçmiş deputat Enn Uiddikombun qətli terror aktı kimi araşdırılır
Böyük Britaniyanın hüquq-mühafizə orqanları evində ölü tapılan keçmiş deputat Enn Uiddikombun qətlini terror aktı kimi araşdırır.

Bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Məlumata görə, onun qətlində şübhəli bilinən 28 yaşlı kişi yeni sübutlar əldə olunduqdan sonra yenidən həbs edilib. Hazırda o, terror aktının hazırlanması və ya törədilməsində şübhəli bilinir. İstintaq hücumun mümkün siyasi motivini araşdırır.

Xatırladaq ki, 78 yaşlı Enn Uiddikomb iyulun 10-da səhər saatlarında öz evində ölü vəziyyətdə aşkarlanıb. Bundan sonra Britaniya polisi keçmiş deputatın qətli ilə bağlı cinayət işi üzrə istintaqa başlayıb.

Bundan əvvəl Britaniya polisi Uiddikombun qətlində siyasi motiv ehtimalını istisna etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru