78 bank təşkilatı kripto qanununa dəyişiklik edilməsini tələb edib

Bu gün, 17:24           
78 bank təşkilatı kripto qanununa dəyişiklik edilməsini tələb edib
ABŞ-də kriptovalyuta bazarını tənzimləməsi nəzərdə tutulan "Clarity Act" qanun layihəsi ətrafında müzakirələr davam edir.

Valyuta.az xəbər verir ki, bu dəfə 78 bank və bankçılıq təşkilatı qanun layihəsinə əlavə məhdudiyyətlərin daxil edilməsini tələb edib

Məlumata görə, ABŞ Bankirlər Assosiasiyası (American Bankers Association) və Amerikanın Müstəqil İcma Bankları Assosiasiyasının (Independent Community Bankers of America) rəhbərlik etdiyi 78 bank təşkilatı Senatın çoxluq lideri Con Tun (John Thune) və azlıq lideri Çak Şumerə (Chuck Schumer) birgə məktub ünvanlayıb.

Banklar qanun layihəsinin 404-cü maddəsində boşluq olduğunu bildirərək dəyişiklik edilməsini istəyiblər. Onların fikrincə, hazırkı redaksiya fəaliyyət və əməliyyatlara əsaslanan stabilkoin (stablecoin) mükafatlarına imkan yaradır ki, bu da faktiki olaraq faiz ödənişinə bərabərdir.

Məktubda qeyd olunur ki, bu cür mexanizmlər bank əmanətləri ilə rəqabəti gücləndirə və xüsusilə kiçik və regional banklardan vəsait axınına səbəb ola bilər. Buna görə də banklar qanunda qadağanın daha da genişləndirilməsini və "bank faizinə əhəmiyyətli dərəcədə bənzəyən" bütün təşviq mexanizmlərinin də qadağan edilməsini tələb edirlər.

Qeyd edək ki, bundan əvvəl kriptovalyutalara tənqidi mövqeyi ilə tanınan senator Elizabet Uorren (Elizabeth Warren) də Senat rəhbərliyinə məktub göndərərək qanuna etik norma əlavə olunmasını təklif edib. O, yüksək vəzifəli dövlət rəsmilərinin kriptovalyutalara investisiya etməsinin məhdudlaşdırılmasını istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru