Almaniya kanslerindən Paşinyana Bakı ilə bağlı çağırış

Bu gün, 08:24           
Almaniya kanslerindən Paşinyana Bakı ilə bağlı çağırış
Almaniya Kansleri Fridrix Merz Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
TEREF bildirir ki, Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Korneliusun verdiyi məlumata görə, tərəflər Ukrayna və Yaxın Şərqdəki vəziyyəti, həmçinin Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesini müzakirə ediblər.

Kansler Merz Ermənistan və Azərbaycan arasındakı sülh prosesində irəliləyiş üçün daha təsirli addımların atılmasının vacibliyini vurğulayıb və bunun regionda sabitliyin təmin olunmasındakı rolunu qeyd edib.

Danışıq zamanı Almaniya-Ermənistan ikitərəfli əlaqələrinin genişləndirilməsi və İrəvanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru