Azərbaycanın ilk masonu kim idi?

Bu gün, 15:54           
Azərbaycanın ilk masonu kim idi?
1807-ci ildə, Finkenşteyn müqaviləsini imzalandıqdan sonra, elçi kimi Napoleonla görüşmək üçün Fransaya göndərilən azərbaycanlı diplomat Əsgər xan Əfşar dörd ay Parisdə yaşayır və burada Avropanın ən nüfuzlu gizli cəmiyyətlərindən biri olan mason lojalarına qəbul edilir.
Mənbələrin yazdığına görə, masonluğa qəbul mərasimində o, Dəməşq poladından hazırlanmış qılıncını çıxarıb loj ustadının masasına qoyaraq belə deyir:
💬“Bu qılınc 27 il vətənimə xidmət edib. Onu dostluq, əxlaq və sədaqət naminə sizə əmanət verirəm. Lakin bir gün vətənim və şahım məni çağırsa, onu yenidən götürüb döyüş meydanına qayıtmağa hazıram.”
Tədqiqatçıların fikrincə, Əsgər xan yalnız masonluğa qoşulmaqla kifayətlənməmiş, hətta İsfahanda bir loja yaratmaq niyyətinə də düşmüşdü. Beləliklə, o, tarixdə adı masonluğa qəbul olunmuş ilk azərbaycanlı diplomat kimi qalmışdır.
Bu hadisə XIX əsrin əvvəllərində Qacar dövləti elitasının Avropa ideyaları ilə ilk təmaslarının ən maraqlı səhifələrindən biridir.
Milli Kimlik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru