Token qalmaqalı ilə gündəmə gələn kripto şirkəti iflas üçün müraciət edib
Bu gün, 15:34
"Ethereum"un ikinci səviyyə (Layer-2) şəbəkəsi "Movement" layihəsinin arxasında duran inkişaf etdirici şirkətlərdən biri - "Movement Labs" ABŞ-da iflasdan qorunmaq üçün məhkəməyə müraciət edib.
Valyuta.az xəbər verir ki, şirkət Delaver ştatının məhkəməsindən borclarının yenidən strukturlaşdırılması üçün müdafiə istəyib. Məhkəmə şirkətə fəaliyyətini məhdud şəkildə davam etdirməyə də icazə verib.
"Movement" ekosistemini dəstəkləyən digər şirkət "Move Industries" isə iflas müraciətinin onlara aid olmadığını və fəaliyyətini normal qaydada davam etdirdiyini açıqlayıb.
Xatırladaq ki, "Movement" layihəsi 2025-ci ilin əvvəlində "MOVE" tokeninin paylanması ilə bağlı qalmaqallarla gündəmə gəlib. Şirkətin tokenlərin 5%-ni bazara çıxmamışdan əvvəl bəzi məsləhətçilərə ayırması tənqidlərə səbəb oldu. Daha sonra həmtəsisçi Rushi Manche vəzifəsindən uzaqlaşdırıldı, 66 milyon "MOVE" tokeninin satılması qiymətin kəskin ucuzlaşmasına gətirib çıxarmışdı. Nəticədə "Coinbase də MOVE" tokenini platformasından çıxarıb.