Atlı Qazaxlar!

Bu gün, 12:04           
Atlı Qazaxlar!
Bu termin yazıçılarımızın əsərlərində və bəzən də bölgələrimizdə yerli adət ənənələrin tərkibində işlədilən məşhur ifadə kimi yaddaşlarımıza köçmüşdür
Bu əslində kazak kimi tanınaraq ruslar tərəfindən hərbləşdirilmiş bir topluma verilən ad idi.
Kazakların şimali Qafqaz ərazisində yaşayan çərkəzlərin sələfləri hesab edilən kasoqlar olduğuna dair fikirlər də mövcuddur. X-Xlll əsrlərə aid rus salnamələrində knyaz Mistislavın kasoq hökmdarı Rededya (Ər-Dədə) ilə vuruşundan bəhs edilirdi.Döyüşdə qalib gələn knyaz Mistislavın kasoqları Qara dəniz ətrafına köcurdüyü qeyd olunurdu
Sonraki dövrlərdə Rusiya İmperiyası ehtişamını tapdığı vaxtlarda kasoqlar kazak adı ilə tarix səhifələrinə çıxdılar və imperyanın işgalçi siyasətinin avanqard qüvvəsinə çevrildilər.
Ən maraqlısı isə o idi ki, onların ana dilinin tatar (turk) dili olduğu yalnız hərbi mükəlləfiyət daşidiqlari vaxt rus dilindən istifadə etdikləri də məlumdur. Görkəmli rus sovet yazıcısı Mixail Şoloxov özünun "Sakit Don" romanında kazakların öz aralarında və evlərində danışdıqları və rus dilindən fərqli olan, "Домашный язык" adlandiqları bir dildən bəhs etmişdir.
Kazakların Qafqaz müharibəsində yerli xalqları itaətə gətirmək üçün apardıqları hərbi əməliyyatların sayı hesabı yoxdur.
Xristianlıgın provaslav məzhəbinin qatı tərəfdarı olduqlarından digər məzhəb və dindən olanlara qarşı barışmaz mövqeləri ilə də tanınmışdılar.
PS.İlisu sultanlığının işgali zamanı
kazakların kəndin müdafiəçilərinə qarşı
amansız mövqedə olmaları da tarixi sənədlərdən məlumdur.1847 çi ildə
Qum dərəsində Daniyal sultanın dəstələri və mayor Kalantarovun batalyonu arasındaki şiddətli döyüsdə
kazakların Daniyal sultanı mühasirəyə aldiqlarından bəhs edilir.Bununla yanaşı
Qafqaz canişininə döyüş haqqında yazılan raportda deyildiyi kimi "Daniyal bəyin şəxsi qılınçalma təcrubəsi sayəsində o mühasirədən çıxa bildi" və kazak uryadniki Kirsanovun ölümcül yaralandığı məlumatı verilirdi.
................................................................
Onu da qeyd edək ki bölgəmizdə məxsusi olaraq toy şənliyinin sonrakı günündə "qazax dağıtdı" ifadəsi ilə adlandırılan bəy məclisi adəti də mövcuddur.
Shahmardan Ahmedli













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru