Bakıda klinikadakı qalmaqal böyüyür: "Mənə dedi ki, vurub çənəni sındıraram" - VİDEO

Bu gün, 11:39           
Bakıda klinikadakı qalmaqal böyüyür:
Baku TV-nin qaynar xəttinə müraciət edən Elyar Musayev həyat yoldaşının Nəsimi rayonunda yerləşən Bioloji Təbabət Klinikasında müalicə aldığı zaman birdəfəlik istifadə üçün nəzərdə tutulan iynənin həkim Ülviyyə Səlimova tərəfindən təkrar istifadə edildiyini iddia edir.


Şikayətçinin sözlərinə görə, bundan sonra həyat yoldaşına virus yoluxub:

"Həyat yoldaşım Fəridə Eldar qızı Musayeva boyun və baş ağrılarından əziyyət çəkirdi. Buna görə də Bioloji Təbabət Klinikasına müraciət etdik. Ödəniş etdikdən və müayinələrdən keçdikdən sonra ona iynəterapiya, ozonoterapiya və fizioterapiya prosedurları təyin olundu. Həyat yoldaşımı nevroloq Ülviyyə Səlimovanın yanına göndərdilər. Daha sonra Cərrahpaşa Klinikasında bizə bildirildi ki, virus iynəterapiya proseduru zamanı yoluxub. Birdəfəlik istifadə üçün nəzərdə tutulan iynə işlədildikdən sonra atılmalı idi. Lakin Ülviyyə Səlimova əlcəksiz və maskasız işləyib. İstifadə olunan, üzərində qan olan iynələri spirtə qoyaraq ikinci, üçüncü, hətta bir neçə dəfə yenidən istifadə edib. Məsələ ilə bağlı klinika rəhbərliyinə müraciət etdim. Elxan Yaqubov məni otağında qəbul edərək, "idman ustasıyam, səni vurub çənəni sındıraram" deyib hədələdi".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru