Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"

5-08-2026, 11:24           
Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ -
İranın Ali Lideri Müctəba Xamenei Prezident Məsud Pezeşkiana növbəti istefa ərizəsinin qəbul ediləcəyi barədə xəbərdarlıq edib.

NOCOMMENT.az xəbər verir ki, Bu iddia bazar ertəsi yayımlanan videoda Xameneinin qohumu olan din xadimi Məhəmməd-Baqir Xərazzi tərəfindən səsləndirilib və ölkədə kəskin təkziblər, eləcə də siyasi reaksiyalar doğurub.

Məhəmməd-Baqir Xərazzi iddia edib ki, Pezeşkian 28 dəfə istefa verməklə hədələyib, lakin ali liderin növbəti istefanın qəbul ediləcəyi barədə xəbərdarlığından sonra bundan vaz keçib.

Xərazzi Xameneinin sözlərindən belə sitat gətirib:

"Əgər o, bir dəfə də istefa versə, onu qəbul edəcəyəm. Ərizənin altına 'təsdiq edildi' yazacağam və məsələ bununla bitəcək".

Lakin Pezeşkian administrasiyasının kommunikasiya və informasiya məsələləri üzrə müavin Mehdi Təbatəbai Xərazzinin istefa iddialarını "əsassız və açıq yalan" adlandıraraq rədd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru