ABŞ-ın süni intellekt yarışında Çin üzərindəki üstünlüyü sürətlə azalır
Bu gün, 15:44
Süni intellekt şirkətlərinin laboratoriyalarında aparılan qlobal texnoloji üstünlük uğrunda mübarizədə Çin ABŞ ilə olan fərqi sürətlə azaldır.
Valyuta.az xəbər verir ki, Çin şirkətlərinin yeni süni intellekt modelləri bir sıra əsas göstəricilərdə ABŞ modellərinə yaxınlaşıb, bəzi sahələrdə isə onları üstələyir. Bu “OpenAI” və “Anthropic PBC” kimi şirkətlər üçün narahatlıq yaradır.
Vaşinqton Çinlə ABŞ çiplərinin satışını məhdudlaşdıraraq bu inkişafı ləngitməyə çalışır. Buna baxmayaraq, Çin modelləri kodlaşdırma və məntiqi nəticə çıxarmada ciddi irəliləyiş göstərir.
Son nümunə “Moonshot”un “Kimi K3” modelidir. “Kimi K3” “Anthropic”in ən qabaqcıl modellərindən birinə yaxın nəticə göstərir, amma daha aşağı qiymət təklif edir.
Qeyd edək ki, “Kimi K3” artıq dünyanın ən güclü süni intellekt modellərindən biri hesab olunur. Müxtəlif müstəqil testlər də onun yüksək performansını təsdiqləyir.