ETRUSK QADIN PALTARINA KELUŞ (NAXIŞLI ZOLAQ)

Bu gün, 15:34           
ETRUSK QADIN PALTARINA KELUŞ (NAXIŞLI ZOLAQ)
Mənbəyini təsadüfən almadığım sonsuzluq işarəsini xatırladan naxış (Şəkil 1) Etrusk dərzisindən qalma əlbəsədir. Qadın paltarının ətəyini bəzəyib. Ona, Etrusk, KELUŞ deyib. Bu gün rus dilindən bizə keçdiyini iddia etdiyimiz "клёш" sözünün kökündə duran KELUŞ – Anadolu türkcəsincə indi KELEŞ kimi tələffüz edilən kəlmənin də kökündə durur.
Dediklərim yuxarıda keluşa cızılmış yazılardan enir.
Sözlər arasındakı qoşa nöqtə 🙂) sözayırıcı işarədir. Qorxutmasın sizləri. Bu işarəni bəzilərində işlədib, çoxlarında heç nəzərə da almayıblar. Yazını Etrusk qrammatik qanunları əsasında sağdan sola deşifrə etmək çətinlik törətmir:
1-ci xətt: ANİNAS ARNO KULESH
2-ci xətt: ORNCKİLUS ATİAL ACİLSXXXİX
"Azərtürkün linqvistik modelləşdirmə metodu" ilə misraların qədim Etrusca - bu günkü Azərbaycan türkcəsincə deşifrəsi belədir :
1. ANİN AS, ARNO, KULEŞ.
Kulesh – 1) gözəl, yaraşıqlı, 2) keçəl, səfeh
Azərbaycan türkcəsincə
1. ENİN[A] AS, ARNO, KULEŞ (YARAŞIQLIDIR).
Və ya,
1. ENİNƏ AS, ARNO, KULEŞ (NAXIŞ KEÇƏLDİR, SÜZGÜNDÜR).
Düşünmürəm ki, əldə naxşlı sapla toxunmuş kuleş dona tikilən 2500 il bundan qabaq, şəkildəki kimi süzgün olsun. Ona görə "yaraşıqlıdır" daha dəqiq seçimdir.
2. ÖRN[E]K KİLUŞ ATILA, AÇILIŞ XXXİX -39.
Örnek - örnək – nümunə;
Kiluş – klyoş - ətəkli yubka üçün əlbəsə, naxış, zolaq; KLUEŞin başqa versiyası. Həm də enli balaq.
İndi ikinci cümləni tam bərpa edə bilərik:
2. ORNƏK (NÜMUNƏ) KİMİ KİLUŞ (KLOŞ-NAXIŞ və ya ENLİ BALAQ) YUBKA ÜÇÜN ATILA, AÇILIŞ[DA] XXXİX – 39 (?)
Nə deyir? Gördüyünüz kimi, indi "Roma rəqəmləri" adlandırdığımız rəqəmlər də ağıllı romalılara ETRUSK TÜRKÜNDƏN enmədir.
SAY türkdə ayrıca mövzudur, bu haqda sonra danışacağıq.
İndiki halda "39" nə deməkdir?
Xəbərini İncildən aldığımız NOAD - doğma NÜVƏDİ məişətində gördüklərim onu anlamağa mənə kömək edir və cümlə belə bərpa olunur:
2. ORNƏK (NÜMUNƏ) KİMİ KİLUŞ (KLOŞ-NAXIŞ və ya ENLİ BALAQ) YUBKA (DON) ÜÇÜN ATILA, AÇILIŞ[DA] XXXİX – 39 [“TAXTAYA” BƏS EDƏR].
Əvvəlcə hər iki cümləyə birgə nəzər salaq:
ENİN[A] AS, ARNO, KULEŞ (YARAŞIQLIDIR).
ÖRNƏK KİMİ KİLUŞ (KLЕOŞ-NAXIŞ, ENLİ BALAQ) DON
ÜÇÜN ATILA, AÇILIŞ[DA] XXXİX – 39 [“TAXTAYA” BƏS EDƏR].
Burada qədimdə qadınların enli tuman tikmə prosesinə diqqət yetirməsək, tam anlayış çətin olacaq. Mən mətnin sonuna uzunluq ölçü vahidi kimi xalq arasında işlədilmiş “taxta” terminini gətirdim. Bu termin doğulduğum Nüvədidə qadınlar arasında geniş işlədilirdi. Kənddə qadının həcmindən asılı olaraq tuman üçün 8, 9, 11 və daha çox metrlik parça lazım olurdu. U parçanı qadının beli ilə topuğuna qədər ölçür və onu paraçanın uzunu boyu xırda-xırda zolaqlara bölürdülər.
Bunların hər biri ağac materialdan hazırlanan taxtaya bənzədiyindən, Nüvədidə elə həmin terminlə də u zolaqlar “taxta” adlanırdı. Sonra u taxtaları yan-yana bir yerdə tikib, enli ətəkli (kleoş) tuman alır, aşağıdan tuman boyu parçanın rəngindən fərqli rəngə çalan lentlə (kuleş) bəzəyirdilər. Lentli tuman alınırdı.
Həm Kleoş, həm Kuleş.
Tumanın yuxarı hissəsini bel boyu qatlayıb tikir, ipi çarıqbağı kimi hörür, onu iri sancaqla tumanın bel hissəsi boyu boşluğa geydirir, qabaqda bağlayırdılar. Sonuncuya da tumanbağı deyirdilər.
Etruscadakı kuleş, daha doğrusu kleoş və fransızcadakı chloche (klosh) az qala eyni səslənir. Göründüyü kimi, söz ilkin olaraq Etrusk Türkündən, yəqin, italiyan dilinə də, fransız, rus və güman digər Avropa dillərinə də keçib, yadigar qalıb.
_____________________________________
1-ci şəkil - Etrusk qadınlarının donlarının ətəklərnə vurulan kuleş.
2-ci şəkil - Etrusk qadının donunda kuleş.
3-cü şəkil -Etrusk kişisinin geyimində KİLEŞ - KLEOŞ - enli balaq və
kuleş (naxşılı zolaq).
*** ***
BU DA ETRUSK TÜRKÜNÜN MƏİŞƏTİNDƏN BİR VACİB SƏHİFƏ.
Tariyel Azerturk















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru