Bakıda təhsil almış prezident öz ölkəsində islam dinini qadağan etdi

2-09-2015, 23:54           
Bakıda təhsil almış prezident öz ölkəsində islam dinini qadağan etdi
Bütün məscidlər bağlanacaq.

Anqola höküməti ölkədə rəsmi olaraq islam dinini qadağan edib. Bununla da Anqola Respublikası dünyada məscidlərin olmayacağı yeganə dövlət olacaq.

Oxu.Az Conservative Post-a istinadən xəbər verir ki, ölkə prezidenti Joze Eduardu duş Santuş vəziyyəti belə şərh edib:

“Bu islamın ölkəmizə göstərdiyi təsirinə son qoyacaq”.

Mədəniyyət naziri Roza Kruz e Silva isə bildirib ki, respublikada islamın rəsmiləşdirilməsi prosesi Ədalət və İnsan Haqları nazirliyi tərəfindən təsdiq edilməyib, və ölkədəki bütün məscidlər növbəti sərəncama qədər bağlanacaq.

Nazir qeyd edib ki, islam dininin qadağan edilməsi, onun Anqola xalqının mədəniyyətinə və dəyərlərinə zidd olmasıdır.

Anqolanın 16 milyonluq əhalisinin əksəriyyəti xristian dininə ibadət edir.

ABŞ Dövlət Departamentinin məlumatlarına əsasən bu ölkədə təxminən 90.000 müsəlman yaşayır və onların əksəriyyəti Qərbi Afrika və Livandan gələn miqrantlardır.

Qeyd edək ki, Anqola prezidenti Joze Eduardu duş Santuş 1963-1969-cu illərdə Bakıda Azərbaycan Neft və Kimya institutunda təhsil alıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru