Qəbir oğruları cəzalırana çatdılar

30-09-2015, 18:50           
Qəbir oğruları cəzalırana çatdılar
Çində üç nəfər qədim məbəddəki məzardan oğurluq etmək istəyərkən boğulublar.

TEREF.İNFOMusavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat “Associated Press” agentliyində yer alıb.

Hadisə Xenan əyalətinin Çençeyao kəndində baş verib. Beş nəfərdən ibarət dəstə qədim məzarlığa daxil olub və onlardan üçü havada oksigen azlığından huşunu itirərək ölüb. Sağ qalan iki nəfər isə polisə xəbər verib.

Polislər hadisə yerinə gəldikdə sağ qalmış oğrulardan biri qaçmağa nail olub. Digər oğru isə hava çatışmazlığından huşunu itirərək, yerə yıxılıb.

Polislər ona dərhal tibbi yardım etdikdən sonra həbs ediblər. Bir müddət sonra ikinci oğru da yaxalanıb.

Xenan özünün tarixi və mədəni abidələri ilə zəngindir. Şaoulin məbədi, ölkənin qədim paytaxtı sayılan Loyan və Çin buddizminin beşiyi olan Ağ At məbədi burada yerləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru