7 ölkə Rusiyadan tələb etdi: - “Hücumu dayandır”

2-10-2015, 10:53           
7 ölkə Rusiyadan tələb etdi: - “Hücumu dayandır”
Türkiyə, ABŞ, Almaniya, İngiltərə, Fransa, Qətər və Səudiyyə Ərəbistanı birgə bəyanat yayaraq Rusiyanın Suriya müxalifətinə və vətəndaşlara qarşı hücumlarının dərhal dayandılrılmasını tələb edib.

Axar.az xəbər verir ki, yayılan ortaq bəyanatda vətəndaşların hədəf alındığı deyilib:

“ABŞ, Almaniya, Birləşmiş Krallıq, Fransa, Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə hökumətləri olaraq Rusiya Federasiyasının Suriyadakı son hərbi fəaliyyətləri haqqında aşağıdakı bəyanatı veririk:

Rusiya Federasiyasının Suriyadakı hərbi qüvvələri və xüsusilə Rusiya Hərbi Hava Qüvvələri dünəndən bəri Həma, Xüms və İdlibdə vətəndaşların itkiləri ilə nəticələnən, İŞİD-i hədəfə almayan hücumları baş verib. Gərginliyi artıran bu hərbi əməliyyatlar ifratçılığın və radikallığın daha çox körüklənməsindən başqa heç bir məqsədə xidmət etməyəcək. Vətəndaşalara qarşı hücumların dərhal dayandırılmasını və İŞİD-ə qarşı mübarizə üçün addımlar atılmasını tələb edirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru