Komitədən icra başçılarına xəbərdarlıq - Rəsmi

5-05-2015, 00:08           
Komitədən icra başçılarına xəbərdarlıq - Rəsmi
Azərbaycanda dövlət şəhərsalma nəzarəti üzrə işlər davam etdirilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, komitə tərəfindən "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentininin 24 noyabr 2014-cü il tarixli, 375 nömrəli fərmanınına uyğun olaraq, 2015-ci ilin 30-31 mart tarixlərində Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonlarının İcra hakimiyyətlərinə icrası məcburi olan əsaslandırılmış "göstəriş” ünvanlanıb.

Həmin "göstəriş”ə əsasən, binaların yol verilən hündürlük həddi və mərtəbələrin sayı, ərazinin tikinti və tikinti sıxlığı əmsalına dair şəhərsalma normalarını pozmuş aşağıda göstərilən inşasına yeni başlanmış tikintilər üzrə tədbir görülməsi və bu barədə Komitənin məlumatlandırılması tapşırılıb.

Eyni zamanda, həmin tikintiləri layihələndirən layihəndirmə təşkilatlarına xəbərdarlıq edilib ki, şəhərsalma normalarının pozulması üzrə analoji xətaların təkrarlandığı təqdirdə layihələndirmə işlərinə dair lisenziyaları dayandırılacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]