İlham Əliyev: “Qaldırdığım Dövlət Bayrağımız ulu öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir”

1-01-2024, 08:44           
İlham Əliyev: “Qaldırdığım Dövlət Bayrağımız ulu öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir”
“Bu il Azərbaycanda “Heydər Əliyev İli” elan edilmişdir. Ulu öndərin 100 illiyi ölkə üzrə qeyd edildi. Mən mənim üçün bu əziz günü - atamın doğum gününü Şuşada keçirdim. Şuşanın mərkəzi meydanında Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi bildirdim və dedim ki, ulu öndərin xatirəsinə ən böyük hörmət əlaməti bizim əməllərimizdir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.
Dövlətimizin başçısı deyib: “Mən hesab edirəm ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız ulu öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız ulu öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru