Arif Məmmədov Norveçə sığınır – Şok müraciət

6-06-2015, 10:15           
Arif Məmmədov Norveçə sığınır – Şok müraciət
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəsi Arif Məmmədov Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gilə müraciət edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Steynar Gil özü bu barədə məlumat yayıb. O bildirib ki, müraciəti yayımlamağı Arif Məmmədov ondan xahiş edib.

A.Məmmədovun bu ilin iyunun 29-dan iyulun 10-a kimi Norveçdə olacağını və həmin müddət keçmiş səfirlə görüşmək istədiyini bildirib: “Avropa mediasının məni dəstəkləməsi lazımdır. Mənim Azərbaycandakı həqiqi dostlarımın köməyinə ehtiyacım var. Bu ümumi həyəcan siqnalıdır”.

Qeyd edək ki, Arif Məmmədov mayın 19-da Binəqədidə yanan bina ilə bağlı yazdığı statusla gündəmə gəlmişdi. YAP icra katibinin müavini Siyavuş Novruzov Arif Məmmədovla bağlı sərt açıqlama vermişdi: "Arif Məmmədovun qanında erməni qanı var və dərhal vəzifəsindən azad edilməlidir".

Xatırladaq ki, Steynar Gil isə səfir olduğu müddətdə hakimiyyəti qarşı mövqeyi ilə seçilib.

Əlavə edək ki, sözügedən məlumatla bağlı həm Xarici İşlər Nazirliyi, həm də Arif Məmmədovla əlaqə saxlamağa çalışsaq da, cavab əldə edə bilmədik.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]