KÜPƏ (altun kübə) – DQK-da (Dədə Qorqut Kitabı) asırğa. Dastanın boylarında “küpə” və ya “kübə” adı ilə təqdim edilən sırğanı təkcə qadınlar deyil, Oğuz kişiləri də taxırmış: “...qulağı altun kübəli, Qalın Oğuz bəglərini bir-bir atından yıqıcı, Qazlıq Qoca oğlu Bəg Yegnək çapar yetdi” (D-619). Bu qədim gələnəyin izi Azərbaycanda XX əsrə qədər qalmaqda idi. Bəzi ailələr bəd nəzərdən qorunmaq üçün tək oğlan uşaqlarının qulağının bir tayını deşdirib sırğa taxırdılar. Qaynaq: DQK Ensiklopediyası Azərbaycan coğrafıyası