“Bunu edə biləcək yeganə şəxs sizsiniz” - Məşhur rusiyalı rejissor Putinə müraciət etdi + VIDEO

Bu gün, 15:24           
“Bunu edə biləcək yeganə şəxs sizsiniz” - Məşhur rusiyalı rejissor Putinə müraciət etdi + VIDEO
Rusiyalı rejissor Andrey Zvyaqintsevin "Minotavr" filmi 79-cu Kann Film Festivalında Qran-pri mükafatını qazanıb.

“AzPolitika” xəbər verir ki, mükafatın təqdim edilməsi mərasimində çıxış edən Zvyaqintsev Rusiya Prezidenti Vladimir Putinə rus dilində müraciət edib.

Rejissor onu Ukraynada davam edən dəhşətli müharibəyə son qoymağa çağırıb: "Təmas xəttinin hər iki tərəfində milyonlarla insan indi yalnız bir şey arzulayır: saysız-hesabsız qətllərin nəhayət bitməsini. Bu qırğını dayandıra biləcək yeganə şəxs sizsiniz, cənab Rusiya Federasiyasının Prezidenti. Bu qırğını artıq dayandırın. Bütün dünya bunu gözləyir".

Qeyd edək ki, Zvyaqintsevin müraciətindən cəmi bir neçə saat sonra Putinin əmri ilə Kiyevə və digər şəhərlərə kütləvi raket və PUA zərbələri endirilib. Rusiya ilk dəfə Kiyevi “Oreşnik” raketilə vurub. Xeyli dağıntı, mülki əhali arasında ölənlər və yaralananlar var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru