Osmanlı dövlətində və elmi mühitində təliq adlanan ərəbcə yazı növü məktəbini quranlar Azərbaycan əsilli alimlər olmuşlardır.

Bu gün, 15:04           
Osmanlı dövlətində və elmi mühitində təliq adlanan ərəbcə yazı növü məktəbini quranlar Azərbaycan əsilli alimlər olmuşlardır.
Belə ki, təliq yazı növünü meydana gətirən təbrizli Sultan Əlidir (1513). Digər təliq ustadı Mir Seyyid İmadəddin Hüseynidir.
Sultan Əlinin tələblərindən Məşhədli Əbdülvahid Qanuni Sultan Süleymanın himayəsini qazanaraq İstanbulda qalmışdır. Xoylu Mir Seyyid Hüseyin və Təbrizli Hacı Mǝhəmməd də təliq yazısının ustadları olaraq eyni himayə daxilində bu sir yazı növünü osmanlı elmi mühitində genişləndirib inkişaf etdirmişlər.
Digər tərəfdən Təbriz və Orta Asiyada böyük ölçüdə əhəmiyyətli şəkildə inkişaf edən rəsm və nəqqaşlıq sənəti XV əsrin başlarından etibarən Osmanlıya gətirilmiş və XVI əsrin sonlarına doğru burada inkişaf edərək böyük rəğbət qazanmışdır.
İstinad: Dr. Rəşad İlyasov, "Osmanlı elm və mədəniyyətinə Azərbaycan töhfəsi" kitabından?
Milli Kimlik
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru