Gəncədə sakinlərin nəqliyyat problemi: "Məktəbə getmək olmur" - VİDEO

Bu gün, 15:44           
Gəncədə sakinlərin nəqliyyat problemi: "Məktəbə getmək olmur" - VİDEO
Gəncə şəhərinin Məhsəti qəsəbəsində, Müşfiq Adıgözəlov və Faiq Əhmədov küçələrində yaşayan bir qrup sakin uzun müddətdir ictimai nəqliyyatdan istifadə ilə bağlı çətinlik yaşadıqlarını iddia edir.

Sakinlərin sözlərinə görə, marşrut xətlərinin yenidən müəyyənləşdirilməsindən sonra əraziyə xidmət göstərən 16 saylı marşrut avtobusundan istifadə bir çox sakin üçün əlverişsiz olub. Belə ki, əvvəllər fəaliyyət göstərən 20 saylı marşrut daha geniş ərazini əhatə etdiyindən sakinlərin istifadəsi üçün daha münasib idi.

Sakinlər mövcud problemi Baku TV-yə belə şərh ediblər:

"Avtobus əvvəllər buradan keçirdi, indi isə uzaqdan keçir. Çox çətindir. Yağış olur, palçıq olur, məktəbə getmək mümkün olmur", - deyə sakinlər bildiriblər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Gəncə şəhərində marşrut şəbəkəsi yenidən formalaşdırılıb.

Qurumun açıqlamasına görə, Məhsəti qəsəbəsində 11 və 16 nömrəli olmaqla iki marşrut xətti təşkil edilib. Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə yeni avtobuslar hər iki marşrut üzrə qəsəbənin ən geniş və təmir edilmiş yolları ilə hərəkət edir.

Bildirilib ki, əlçatanlığın təmin olunması üçün həmin yollara paralel küçələrdə yaşayan vətəndaşların piyada gediş məsafəsi də nəzərə alınıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru