Bakıda restoran kartofu qızartdığı yağın pulunu da hesaba yazdı – “Tavanın da pulunu əlavə edin, tam ödənişi köçürüm” - FOTO
Bu gün, 11:24
Hələ də gülürəm)))) Yaşadığım binanın içində bir restoran var. Yumurtadan yun qırxılan bir yerdir. Yemək bişirməyə həvəsim olmadı, dedik eybi yox, düşüb orada yeyək. Kəndsayağı kartof da sifariş etmişik. Qəbz gələndə təəccübləndim -kartofu qızartdıqları yağın da pulunu yazıblar! Çağırıb deyirəm, bu, nədir? Deyir, "free" qazanında yox, tavada qızarıb. Dedim, başa düşürəm e, kartofu çiy gətirəsi deyildiniz ki! Onda lütfən, gedin tavanın da pulunu əlavə edin, tam ödənişi köçürüm. Gülməli açıqlama: "Çox sağ olun ki, bildirdiniz, başa düşdük". Guya indiyə kimi xəbərləri yox imiş. Hələ bu azmış kimi, ofisanta göstəriş verir ki, yağın pulunu çıx. Üzrü qəbahətindən də böyük! Tam ödənişi etdim, amma heyif qazın və tavanın pulunu almadılar. ))) Rəhbərliyə sözümü necə lazımdr dediyim üçün adını yazmağı mənasız hesab edirəm. Daha öncə bütün yerlərin adını yazmışam, ondan sonra başlayıblar könül almaq məqsədilə "elçiliyə". Bu isə mənə lazım deyil. Cəlalə Nəzəroğlu TEREF