İran dünyada ən böyük inkişaf potensialı olan ölkələrdən biridir,...
Bu gün, 12:48

Bu gün İranda legitim şəxs olan, xalq tərəfindən seçilən Pezeşkian, bu yaxınlarda verdiyi müsahibədə demişdi ki, İranın əsas problemi ABŞ-ın yenidən hücum etməsindən çox, iqtisadi-sosial məsələlərdir. Adam çox haqlıdır, doğru düşünür.
Gəlin İran iqtisadiyyatının son illərdəki vəziyyətinə baxaq: 2018-ci ildən üzü bəri İran milli valyutası 50 dəfə dəyərdən düşüb, ərzaq qiymətləri 34 dəfə bahalaşıb. Adambaşına düşən ÜDM 12% azalıb, 16 mln. insan yoxsulluq səviyyəsində yaşayır, son 1 ildə tək zavod və fabriklərdə 630 min iş yeri bağlanıb, son illərdə isə işsizlik səviyyəsi 15%-i keçib.
İran dünyada ən böyük inkişaf potensialı olan ölkələrdən biridir, resursları boldur, ən böyük üstünlüyü isə gənc, savadlı, işgüzar, bacarıqlı, İQ səviyyəsi yüksək olan toplumdur. Normal idarəetmə sistemi qurulsa, İran dünyaya açılıb investisiyalar cəlb edə, texnoloji transformasiyaya gedə bilsə, yaxın 10-15 ildə dünyanən ən zəngin ölkələrindən birinə çevrilə bilər.
Bizim də arzumuz budur – cənub qonşumuz varlı, açıq, inkişaf edən ölkə olsun, bu Azərbaycan, elə bütün regoinumuz üçün iqtisadi üstünlüklər gətirəcək...
Natig Jafarli
TEREF

