Vilnüs Merindən repçi ilə bağlı xəbərdarlıq: TƏHLÜKƏSİZLİK QÜVVƏLƏRİ HƏRƏKƏTƏ KEÇDİ

Bu gün, 11:27           
Vilnüs Merindən repçi ilə bağlı xəbərdarlıq:
Litva paytaxtının meri Valdas Benkunskas rusiyalı repçi Alişer Morqenşternin Vilnüsdə planlaşdırılan konsertinin ölkənin milli təhlükəsizliyinə və ictimai qaydaya təhdid yaradıb-yaratmadığını qiymətləndirmək üçün Dövlət Təhlükəsizliyi Departamentinə və polisə müraciət edib. 32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, Şəhər rəhbəri bu addımı sosial şəbəkə hesabında elan edərək rusiyalı sənətçilərin ölkədə çıxış etməsinə qarşı narahatlığını bildirib və təhlükəsizlik qurumlarından məsələyə rəsmi münasibət bildirmələrini xahiş edib.

Qeyd edək ki, bundan əvvəl Miqrasiya Departamenti ifaçının Litvaya girişinə 10 illik qadağa qoysa da, Alişer Morqenşternin şikayəti əsasında Litva Ali İnzibati Məhkəməsi prosedura əməl olunmadığı üçün həmin qərarı ləğv etmişdi. Məhkəmənin bu qərarından sonra repçinin oktyabr ayının sonuna planlaşdırılan konserti yenidən gündəmə gəlib. Mer Valdas Benkunskas isə təhlükəsizlik xidmətlərindən mənfi rəy alacağı təqdirdə Xarici İşlər və Daxili İşlər nazirliklərinin sənətçinin ölkəyə girişini yenidən bloklamaq üçün hüquqi addımlar atmasını tələb edir.
32gun













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru