Türkiyədə tikinti sahəsində nəhəng burulğan yarandı - VİDEO

Bu gün, 12:18           
Türkiyədə tikinti sahəsində nəhəng burulğan yarandı - VİDEO
Türkiyənin Bitlis vilayətinin Ahlat rayonunda nəhəng burulğan əmələ gəlib.

İHA xəbər verir ki, hadisə tikinti sahəsində qeydə alınıb.

Təbiət hadisəsi tikinti işçilərinin mobil telefonları ilə lentə alınıb.

Görüntülərdə yerdən qalxan sıx toz buludunun küləyin təsiri ilə fırlanaraq səmaya doğru yüksəldiyi əks olunub.

Tikinti texnikalarının olduğu ərazidən keçən burulğan bir müddət davam edib. Nəticədə yaranan toz buludu geniş əraziyə yayılıb. Hadisə zamanı heç kim xəsarət almayıb və hər hansı ciddi fəsad qeydə alınmayıb.

Qısa müddətdən sonra tornado təsirini itirib.
oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru