İslamın "mülk allahındır" deyən ərəb kommunizmi olduğunu bizdən əvvəl də yazıblar.
Bu gün, 09:08
Bunun üstünə bir də "mülk dövlətindir" deyən siyasi kommunizmə urcah olduq. Mülkü allaha və dövlətə verən, biri dini, o biri siyasi olan hər iki kommunizm bununla sosial bərabərlik yaratmaq məqsədi güdürdü. Amma tam tərsi oldu; sosial bərabərsizlik kəllə-çarxa çıxdı, əvəzində şüur, dünyagörüşü, düşüncə bərabərliyi yarandı. Hər iki kommunizmdən bizə eyni dünyagörüşlü, eyni düşüncəli kollektiv həmrəylik, fərqli düşüncəyə qənim kəsilən sürü psixologiyası miras qaldı. Mal-mülk məsələsində allahı və dövləti unudan, yerdə qalan bütün məsələlərdə həmrəylik göstərən "eyniliyin cəhənnəmi". Kollektiv həmrəylik hamının eyni cür düşünməsi deyil, fərqli düşüncələrin bir-birinə tolerantlığıdır. Əgər təhqirə yol verilmirsə, ölkədə dəyər adına aparılan hər bir müzakirə bu eynilik cəhənnəminin qapılarının açılmasına xidmət edir. Kim bu müzakirələri özünə, dünyagörüşünə yaraşdırmırsa, getsin öz işləriylə məşğul olsun. Nə qədər ki fərdi və fərqli düşüncə dini və siyasi kommunizmin mirası olan bu boz kollektiv həmrəyliyə qurban veriləcək, ölkədə heç bir sahədə inkişaf olmayacaq. Игидай Дадашов