“Koroğlu” şirkəti öz satış nümayəndəsi Ülvi Əbilovu işdən azad edib.
Bu barədə Tribuna.az-a verilən məlumatda deyilir. Ülvi Əbilov 70 C maddəsi ilə işindən uzaqlaşdırılıb və şirkət onun 17 min manat borcu olduğunu iddia edib. Ülvi Əbilov isə “Koroğlu” firmasına borclu olmadığını, əsassız yerə işdən azad edildiyini bildirərək məhkəməyə üz tutub. Avqustun 11-də Nərimanov rayon Məhkəməsində vətəndaşın şirkətə qarşı iddia ərizəsinə baxılacaq. Ülvi Əbilov 70 C maddəsi ilə işdən çıxarıldığı və borclu ittihamı ilə üzləşdiyi üçün iş tapmaqda çətinlik çəkir. O, məhkəmənin obyektiv araşdırma aparacağına və ədalətli qərar qəbul edəcəyinə inanır.
Xatırladaq ki, “Koroğlu” MMC Azərbaycan Respublikası ərazisində 1992-ci ildən yerli və xarici qənnadı məmulatlarının satışını təşkil edən distributor şirkəti kimi fəaliyyətə başlayıb.