Əli Şəriəti: "Əli şiəliyi və Səfəvi şiəliyi".

Bu gün, 07:34           
Əli Şəriəti: "Əli şiəliyi və Səfəvi şiəliyi".
İran İslam İnqilabının Trotskisi deyə biləcəyimiz Əli Şəriətinin belə bir kitabı var: "Əli şiəliyi və Səfəvi şiəliyi". Kitabı bir cümlə ilə özətləsək, Şəriəti İran şiələrinə deyir ki, siz Səfəvi şiəsi deyilsiniz, Əli şiəsiniz! Sizi aldadıblar.
Və fərqini izah edir: Əli şiəliyi şəhadət, Səfəvi şiəliyi matəm məzhəbidir. Səfəvi şiəliyi islamdan qopmuş bir saray dinidir, Əli şiəliyi islama bağlı əhli-beyt inancıdır. Əli şiəliyi dini aydınlanmadır, Səfəvi şiəliyi saray yobazlaşması. Nə bilim, Səfəvi şiəliyi qaldırdığı qılıncı öz başına endirir, Əli şiəliyi öz qılıncı ilə Yezid kimi düşmənləri hədələyir və s.
Qısa və konkret desək Şəriəti İranı Səfəvi şiəliyindən uzaq durmağa çağırır və 44 yaşında sürgündə ölür. İran inqilabı Səfəvi şiəliyinə sahib çıxır, çünki beyin yumaq üçün iqtidarın işinə yarayır.
Əli şiəliyi şiəliyin başlanğıc nöqtəsidir. İdeoloqlarının hamısı Sasani aristokratiyasının təəsübkeşləri və davamçıları olan fars mənşəli elmli adamlardır. Məqsədləri ərəb islamını Sasani kültürü içində assimilyasiya etməkdir. Etdilər də.
Səfəvi şiəliyi assmilyasiya olunmuş islamın içindən çıxdı və islamla iç-içəlikdən sıyrılıb, onunla qarşı-qarşıya dayandı.
Bizim bu gün Şah İsmayılla etiketləyib sahib çıxmaq istədiyimiz şey Əli Şəriətiyə görə, matəmçilik, saray yobazlığı, islamdan qopma və s. kimi xalqı təbliğatın gücüylə cəhalətə sürükləyən uydurma bir ideologiyadır. Əli Şəriəti deyir ki, türklər (islam dünyasında) hökmranlıq etməyə başladıqdan sonra dini dargörüşlülük şiddətləndi.
Daha artığını kitabın özündən oxuya bilərsiniz. Əgər belə bir niyyətiniz varsa.
Игидай Дадашов
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru