İqtisadiyyatın boğulmasının daha bir işarəsi,...

Bu gün, 10:34           
İqtisadiyyatın boğulmasının daha bir işarəsi,...
İqtisadiyyatın boğulmasının daha bir işarəsi, rəsmi məlumat: Bu il iyulun 1-nə olan rəsmi məlumata görə, Azərbaycanda vergi borclarının həcmi 4 milyard 50,4 milyon manat təşkil edib. Bu məbləğ ilin əvvəli ilə müqayisədə 741,6 milyon manat və ya 22,4% artmışdır.
Yəni, bu ilin ilk yarısında vergi borcları kəskin artıb, yaxşı niyə artıb, kimdir borclular?!
Dövlət şirkətləri arasında borclular çoxdur, təəssüf ki, ayrıca təsnifat aparılmır, amma, “Azərenerji”, keçmiş “Azərsu” kimi şirkətlərin böyük vergi borcları həmişə olub, indi də var.
Narahatedici məsələ odur ki, indi özəl şirkətlərin də vergi borcu artır – bu isə o deməkdir ki, onların dövriyyəsi, gəliri azalıb. Dövriyyə-gəlir azalıbsa, deməli yeni yatırımlar etmirlər – investisiya yoxdursa/azdırsa, deməli yeni iş yerləri yaranmır, intisadi aktivlik yavaşlayır, və s.
Səbəb-nəticə bağını uzada da bilərdim – bütün bunların səbəbi iqtisadi artımın zəifləməsi, əlavə dəyərin daha az yaranmasıdır. Bu vəziyyətin səbəbi isə vergi-rüsum-cərəmə siyasətinin yanlış olması, iqtisadi aktivliyi təşviq edən stimulların zəifliyidir.
P.S. Əvvəl Ermənistan öz tarixlərini marazm səviyyəsində müzakirə edirdilər - biz isə iqtisadi aktivliyin pikini yaşayırdıq, indi biz onların səhvini təkrarlayıb tarixi diskursa girişmişik - onlar isə iqtisadi bum yaşayırlar...
Natig Jafarli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru