Bəlkə də şirki yalnız daş bütlərə sitayiş kimi başa düşmək bizə daha rahatdır.

Bu gün, 09:24           
Bəlkə də şirki yalnız daş bütlərə sitayiş kimi başa düşmək bizə daha rahatdır.
Bizdə formalaşan səhv fikirlərdən biri də islama qədərki inancın həddindən artıq sadə, bəsit və əsassız olmasıdır. İslama qədər insanlar bütə, heykələ daşa inanırdı fikri islama dəyər qatmaq üçün şirin yalandır, yoxsa düşünülmüş plan?
Gəlin birinci baxaq görək həqiqətən də islama qədər insanlar həqiqətən də özü düzəltdiyi daşı Tanrı hesab edəcək qədər imansız, inancsız və cahil idi?
Quranda bu haqqda olan ayətlər
“Əgər onlardan: ‘Göyləri və yeri kim yaratdı, Günəşi və Ayı kim ram etdi?’ deyə soruşsan, mütləq ‘Allah’ deyəcəklər.”
Ənkəbut, 29:61
“Biz onlara yalnız bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik.”
Zəmər 3
Bunlar Allah yanında bizim şəfaətçilərimizdir’, – deyirlər.”
Yunus 10:18
Deməli heç də əldə düzəldilən heykər bizim allahımızdır, o bizi yaradıb düşüncəsi həqiqi deyil.
Onda gəlin baxaq görək bu şirin yalan bizə nəyi unutdurur?
Töhvid ilə şirkin mübarizəsi bu qədər sadə idi?
“Nəfsinin istəyini özünə ilah edəni gördünmü?”
Casiyə 45:23
Kreslonu özünə Allah edəni görməmisiniz?
Hamı status arxasınca əsir-yesir olub. Vəzifəni özünə Allah edəni ətrafınızda görmürsünüz?
Büt yalnız daşdan olur?
Pulun qarşısında əyiləni görməmisiniz?
Şöhrəti özünə qiblə seçəni görməmisiniz?
Ad-san üçün dostunu, prinsipini, vicdanını satanı görməmisiniz?
Bir rəhbərin gözünə girmək üçün haqqı nahaqqa qurban verəni görməmisiniz?
İnsanların alqışını Allahın razılığından üstün tutanı görməmisiniz?
Öz nəfsinin hər istəyini hökmə çevirəni görməmisiniz?
Güc sahibinin bir baxışından titrəyib, haqsızlıq qarşısında susanı görməmisiniz?
Övladını, ailəsini, sərvətini həyatının yeganə mənasına çevirəni görməmisiniz?
Öz “mən”ini o qədər böyüdəni görməmisiniz ki, artıq heç bir həqiqəti özündən üstün qəbul etmir?
Büt yalnız daşdan olmur.
Bəzən kreslodur.
Bəzən puldur.
Bəzən şöhrətdir.
Bəzən vəzifədir.
Bəzən nəfsdir.
Bəzən qorxduğun adamdır.
Bəzən də qarşısında əyildiyin, razılığını hər şeydən üstün tutduğun insandır.
Koja dərili, içi maçalkalı büt görməmisiniz?
Hz. Məhəmmədin və onun səhabələrinin əslində nəyə qarşı mübarizə apardığını unutmaq, yaxud unutdurmaq- onların mübarizə apardıqları davanı yalnız daşdan düzəldilmiş bütlərə sitayiş səviyyəsinə endirməyin səbəbi nədir?
Bəlkə də şirki yalnız daş bütlərə sitayiş kimi başa düşmək bizə daha rahatdır. Çünki belə olanda bu gün həyatımızda həddindən artıq dəyər verdiyimiz pul, vəzifə, status, hakimiyyət, nəfs və insanlarla üzləşməli olmuruq. Halbuki tövhid təkcə daş bütləri rədd etmək deyil, Allahdan başqa heç nəyi həyatımızda mütləq hakimə çevirməməkdir.
Tural Abasquliyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru