Tarixi həqiqətlər silsiləsindən.. "Yavuz Səlim hakimiyyətə gələn kimi..."
Bu gün, 10:44
"Yavuz Səlim hakimiyyətə gələn kimi Osmanlının Qızılbaşlara olan münasibəti tamamilə dəyişdi və o, Səfəvilərə qarşı müharibəyə girmək fikrini daha da qətiləşdirdi. Sultan Səlim hərbi əməliyyatlara başlamazdan əvvəl bir neçə tədbir gördü: 1) Avropa dövlətləri ilə - Moskva dövləti, Macarıstan, Venesiya, Moldaviya və Valaxiya ilə sülh müqaviləsi bağladı. Beləliklə qərbdə hərbi əməliyyatlar dayandı. 2) Yardım üçün Mavrənnəhrin özbək padişahı Übeydulla xanın razılığını aldı. 3) Ölkə daxilində Kiçik Asiya şiələrinin kütləvi qırğınını təşkil etdi. Bu məqsədlə hər vilayətdə 7 yaşından 70 yaşa qədər bütün şiə kişi cinsini siyahıya aldırdı. Tarixçi Əbdül Fəzl Əlinin verdiyi məlumata görə, bu tədbirin birinin həyata keçirilməsilə 40 min nəfər şiə qılıncdan keçirilmişdir. 4) Səlim öz işğalçılıq niyyətini gizlətmək pərdələmək üçün 1514-cü ilin yazında Ədrinədə fövqəladə divan çağırdı. Divanda sünni üləmalar Qızılbaşlarla müharibəni bütün müsəlmanların müqəddəs vəzifəsi elan etdilər.." Ziya Bünyadov Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək) səh. 406 Zerife Memmedova