DİM-dən hökumətin qərarına reaksiya:”Vətəndaşlar narahat olmasın”

23-05-2019, 15:52           
DİM-dən hökumətin qərarına reaksiya:”Vətəndaşlar narahat olmasın”
“Vətəndaşlar Nazirlər Kabinetinin qəbul etdiyi yeni qərarların onlara şamil olunmayacağından narahat olmasınlar”.

Bunu Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Nərminə Bayramova deyib.

Onun sözlərinə görə, 2019-2020-ci tədris ilində ali məktəblərə qəbul kampaniyasına başlanılıb və müəyyən mərhələ başa çatıb: “Lakin vətəndaşlar Nazirlər Kabinetinin qəbul etdiyi yeni qərarların onlara şamil olunmayacağından narahat olmasınlar”.

O qeyd edib ki, artıq Təhsil Nazirliyi ilə ilə birgə həmin qərarın icrası istiqamətində müvafiq tədbirlərin icrasına başlanılıb: “Məsləhət görürük ki, kollec məzunları Dövlət İmtahan Mərkəzinin rəsmi saytını izləsinlər. Əgər kollec məzunu ali məktəbə qəbul üçün sənəd verib imtahanlarda iştirak edib müəyyən nəticə əldə edibsə, onun müsabiqədənkənar qəbul şansı qüvvədə olacaq. Ali məktəbə qəbul üçün bu il sənəd verməyən kollec məzunlarının universitetə daxil olması üçün əlavə sənəd qəbulu elan ediləcək”.

Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru