ABŞ-da atışma - ölən və yaralananlar var/Foto

23-06-2019, 19:55           
ABŞ-da atışma - ölən və yaralananlar var/Foto
ABŞ-da atışma olub.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli WSBT22 telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə İndiana ştatında, Sautbend şəhərində, "Kelly's Pub" barında qeydə alınıb.

Telekanal bildirib ki, polis hadisə yerində ağır yaralanmış bir nəfəri aşkarlayıb. O, xəstəxanaya aparılsa da, aldığı xəsarətdən orada ölüb.

Yerli polisin "Twitter"də yaydığı məlumatda da bildirilir ki, hadisə zamanı 1 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb. "Yaralıların sayı 10 nəfərə çata bilər", - deyə şəhərin polis bölməsinin xəbərində qeyd edilir.

İlkin məlumata görə, hadisə zamanı barda 100-ə qədər adam olub. Hadisəni törədən şəxsin saxlanılıb-saxlanılmaması barədə məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru