Gürcüstanın sabiq baş nazirinin oğlu həbs edildi

3-08-2020, 08:55           
Gürcüstanın sabiq baş nazirinin oğlu həbs edildi
Gürcüstanın sabiq baş naziri Zurab Jivaniyanın oğlu Busa saxlanılıb.

Bununla bağlı “Sputnik Gürcüstan” Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, o, Gürcüstan parlamentinin sabiq deputatı və biznesmen QOqi Topadzenin 22 yaşlı oğlu Levana hücum etməkdə şübhəli bilinir.

Məlumatlara görə, 24 yaşlı Busa ilə Levan arasında dava düşüb və bu zaman sabiq baş nazirin oğlu bıçaqla qarşı tərəfə xəsarət yetirib. Hadisə zaman Busa da yüngül xəsarət alıb.

Əməli sübuta yetirilərsə, onu üç ildən altı ilədək həbs cəzası gözləyir.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru