Duzu koronavirusa dərmandır deyib, gölü bu hala saldılar - VİDEO

4-08-2020, 08:48           
Duzu koronavirusa dərmandır deyib, gölü bu hala saldılar - VİDEO
Duzunun koronavirusa dərman olduğu iddia edilən göl bərbad vəziyyətə salınıb.

“Sputnik”in məlumatına görə, söhbət Qazaxıstanın şimalında yerləşən Kobeytuzdan gedir.

Əvvəllər gözəl mənzərə üçün bura gələn insanlar artıq duz toplamağa və onu koronavirus üçün dərman kimi satmağa gəlirlər. Çəhrayı rəngi ilə hər kəsi heyran qoyan gölün duzla örtülü dibində artıq qara dəliklər yaranmağa başlayıb.

Ekoloqlar həyəcan təbili çalırlar. Ekspertlərin fikrincə, gölün əvvəlki vəziyyətinə qayıtması üçün azı 15 il vaxt lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru