Qırğızıstanda cibgiri dirəyə sarıyıb linç ediblər - VİDEO

1-05-2023, 10:40           
Qırğızıstanda cibgiri dirəyə sarıyıb linç ediblər - VİDEO
Qırğızıstanın Talas rayonunda yerli sakinlər mal-qara bazarında cibgirlk edən şəxsi yaxalayıb, daha sonra ağaca sarıyıb əzişdiriblər.

Musavat.com Qırğızıstan mediasına istinadla xəbər verir ki, hadisənin videosu sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə kişinin dirəyə necə bağlandığı görünür. Hadisə yerində olan polis məmuru da camaat tərəfindən sıxışdırılıb.

Talas rayon polisi hadisənin baş verdiyini təsdiqləyib: “Yerli sakinlər kişini dirəyə bağlayıblar. Baxış zamanı məlum olub ki, naməlum şəxslər Qara-Buurinski rayon sakininin 60 min som (təxminən 685 ABŞ dolları) pulunu, həmin rayonun digər sakinindən isə 6 min somunu oğurlayıblar.

Şübhəli şəxs polis bölməsinə aparılıb. Onun İssık-Kul rayonunun Qriqoryevka kəndinin sakini olduğu üzə çıxıb. Onun üzərindən 35 min som (təxminən 400 dollar) aşkar edilib. Saxlanılan şəxs həkim tərəfindən müayinə olunub, onun sağlamlığına heç bir təhlükə yoxdur. İstintaq davam etdirilir”, - idarədən bildirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru